Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək
Far.Az xəbər saytı

Rusiya-Ukrayna danışıqlarının yeni raundu gələn həftə keçiriləcək


Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə çoxtərəfli danışıqların növbəti raundu gələn həftə baş tutacaq.

"Far.Az" xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

"Düşünürəm ki, biz bütün məsələləri ətraflı müzakirə etdik. Bu, gələn həftə keçiriləcək çoxtərəfli danışıqlara, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparacağımız söhbətə təsir göstərəcək", – Kuşner deyib.

Daha əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ABŞ və Rusiyanın yeni danışıqlar raundunu razılaşdırdığını bildirmişdi. Onun sözlərinə görə, görüşə Avropa nümayəndələri də qoşulacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər