Sabah Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Far.Az xəbər saytı

Sabah Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək


Afrika qitəsində ilk dəfə təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi oktyabrın 31-də Seneqalın paytaxtı Dakarda keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Milli Olimpiya Komitəsindən məlumat verilib.

Seneqal futbol yığmasının ev oyunlarını keçirdiyi Abdulaye Vade stadionunda təşkil olunacaq təntənəli açılış mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Oktyabrın 31-dən noyabrın 13-dək davam edəcək mötəbər yarışda dünyanın müxtəlif ölkələrindən olan istedadlı yeniyetmə idmançılar 25 idman növü üzrə qüvvələrini sınayacaq. Afrika qitəsində ilk dəfə təşkil olunacaq Yeniyetmələrin Olimpiadasında Azərbaycan 8 idman növündə 13 idmançı ilə təmsil olunacaq.

Açılış mərasimində Azərbaycan komandasının bayraqdarları üzgüçülər - III MDB Oyunlarının qalibi və VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə ilə VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova olacaqlar.

İdmançılarımız Dakar Olimpiadasında çimərlik güləşi, üzgüçülük, taekvondo, boks, qılıncoynatma, şosse velosipedi, cüdo və atletika idman növləri üzrə yarışlarda mübarizə aparacaqlar. Komandanın heyətində çimərlik güləşində dörd idmançı - Günel Kərimli (55 kq), Elgün Kərimli (90 kq), Tunar Quliyev (70 kq) və Nihad Süleymanlı (80 kq), üzgüçülük yarışlarında Süleyman İsmayılzadə və Məryəm Cavadova, taekvondoda Zəhra İsayeva (44 kq) və Adil Kazımlı (73 kq), boksda Gülər Hüseynova (51 kq), qılıncoynatmada Abbas Hüseynov, şosse velosipedində Nihad Xudoyev, cüdoda İbrahim Talıbov (-55 kq), atletikada isə Daniil Şuvayev Azərbaycanı təmsil edəcəklər.

Yeniyetmələrin IV Yay Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında təşkil olunur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər