Nigar Arpadarai: "Öhdəliklərin real iqtisadiyyatda reallaşdırılmasında biznesin iştirakı vacibdir"
Beynəlxalq öhdəliklərin real iqtisadiyyatda həyata keçirilməsi üçün biznesin, investorların, texnoloji şirkətlərin, yerli icmaların və vətəndaş cəmiyyətinin iştirakı vacibdir.
"Far.Az" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
O bildirib ki, məhz bu səbəbdən COP29 rəhbərliyi olaraq özəl sektorun iqlim gündəliyində iştirakını gücləndirmək üçün çalışıblar: "Çünki emissiyaların azaldılması, enerji sistemlərinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və istehsal proseslərinin dəyişdirilməsi biznesin fəal iştirakı olmadan mümkün deyil. Özəl sektor yalnız maliyyə mənbəyi deyil, həmçinin texnologiya, innovasiya, idarəetmə təcrübəsi və yeni biznes modelləri gətirir. Buna görə də biznesi iqlim siyasətindən kənarda dayanan tərəf kimi deyil, onun həyata keçirilməsində əsas tərəfdaşlardan biri kimi qəbul etməliyik. Biz iqlim dəyişmələri ilə mübarizə mövzusunda cəmiyyətin bütün aktorları ilə işləməyə davam edirik".
N.Arpadarai qeyd edib ki, qlobal iqlim öhdəliklərinə yalnız beynəlxalq gündəlik kimi deyil, Azərbaycanın milli inkişaf məqsədləri baxımından da yanaşılmalıdır: "Biz hər bir qlobal təşəbbüsün ölkəmizin iqtisadi maraqları, enerji təhlükəsizliyi, rəqabət qabiliyyəti və uzunmüddətli inkişaf perspektivləri ilə əlaqəsini nəzərə almalıyıq. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) prosesinin mahiyyəti məhz budur: qlobal iqlim məqsədləri ilə milli maraqları bir-birinə qarşı qoymaq deyil, onların kəsişdiyi və bir-birini gücləndirdiyi sahələri müəyyən etməkdir. Azərbaycanın yenilənmiş NDC sənədində 1990-cı ilin baza səviyyəsi ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 2035-ci ilədək 40 % azaldılması hədəfi müəyyən edilib. Artıq elan olunduğu kimi, bu, 2050-ci ilədək nəzərdə tutulan 40 %-lik azalma hədəfinin 2035-ci ilə çəkilməsi deməkdir. Başqa sözlə, qarşımızda daha yaxın zaman çərçivəsində yerinə yetirilməli olan konkret öhdəlik dayanır. Eyni zamanda, bu hədəfə nail olunması əlavə beynəlxalq maliyyə dəstəyi, texnologiyaların əlçatanlığı və ötürülməsini tələb edir".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb













