Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb
Far.Az xəbər saytı

Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb


ABŞ millisinin hücumçusu Kristian Pulişiç İtaliyanın "Milan" klubu ilə yeni müqavilə imzalayıb.

Far.Az xəbər verir ki, klubun rəsmi saytı futbolçunun yeni müqaviləsinin 2031-ci ilin yayına qədər qüvvədə olacağını açıqlayıb.

28 yaşlı hücumçu 2023-cü ildən "Milan"ın formasını geyinir. O, cari mövsümdə İtaliya çempionatında 6 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Pulişiç Avropa Liqasında da 2 matçda iştirak edib.

Amerikalı futbolçu "Milan"la İtaliya Superkubokunun qalibi olub. O, İtaliya klubuna qədər Almaniyanın "Borussiya Dortmund" və İngiltərənin "Çelsi" komandalarında çıxış edib.

Qeyd edək ki, "Milan" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
UEFA Çempionlar Liqası: "Sabah" evdə Dortmund "Borussiya"sı ilə bacarmayıb - Yenilənib-6
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
UEFA Çempionlar Liqası: "Borussiya" "Sabah"la oyunda yenidən hesabda irəli çıxıb - Yenilənir-5
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər