"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazıntı işlərinin plana uyğun həyata keçirildiyini bildirib.
"11 ay müddət demişdik, 2 aydan bir qədər artıq vaxt keçib. Qazıntı işləri hazırda qaydasında gedir. Tunellərdən birində qazıntı işləri artıq 40 metrdən çox hissədə tamamlanıb. Digər tuneldə isə qazıntı işləri artıq 30,5 metri haqlayıb.
Tunellərdən birində geoloji və hidrogeoloji şərtlərin sərt üzü ilə qarşılaşmağa başlamışıq, amma buna baxmayaraq işlər plan üzrə gedir. İndiki planlarla xətlərin birləşdirilməsini söz verdiyimiz vaxta çatdırmaq imkanlarımız var", - B.Məmmədov qeyd edib.
Qeyd edək ki, avqustun 15-dən "Bakı Metropoliteni" QSC Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlayıb. Bununla əlaqədar "28 May–Nizami" stansiyaları arasında sərnişindaşıma dayandırılıb. Nəticədə paytaxtda sərnişindaşıma ilə bağlı ciddi narahatlıq və gecikmələr yaranıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
Bakı metrosu xətlərin ayrılması üçün 200 metrlik tunelin inşasına hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu













