Maiko İtixara: Azərbaycan regionda mühüm diplomatik rol oynaya bilər
Far.Az xəbər saytı

Maiko İtixara: Azərbaycan regionda mühüm diplomatik rol oynaya bilər


Azərbaycan mövcud geosiyasi şəraitdə mühüm diplomatik missiyanı yerinə yetirmək üçün əhəmiyyətli potensiala malikdir.

"Report" xəbər verir ki, bu barədə Hitotsubaşi Universitetinin (Yaponiya) beynəlxalq münasibətlər üzrə professoru Maiko İtixara jurnalistlərə bildirib.

Onun sözlərinə görə, müasir geosiyasi vəziyyətdə Qafqaz böyük əhəmiyyətə malikdir, Azərbaycan isə regionun əsas ölkələrindən biridir.

Professor vurğulayıb ki, ABŞ və İran arasındakı hazırkı münaqişə bütün dünyada narahatlıq doğurur, çünki onun nəticələri müxtəlif ölkələrin iqtisadiyyatında öz əksini tapır.

Azərbaycan və Yaponiya arasındakı münasibətlərdən danışan M.İtixara ikitərəfli qarşılıqlı fəaliyyətin aktivləşdirilməsinin zəruriliyini qeyd edib:

"Azərbaycan kimi mühüm ölkələr də diqqətə layiqdir. Azərbaycan və Yaponiya arasındakı münasibətlər böyük əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Maiko İtixara bu gün Xəzər Universitetində keçirilən "Qlobal idarəetmənin dəyişən mənzərəsi və orta güclərin rolu" mövzusunda mühazirədə iştirak etmək üçün Bakıya səfər edib. Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər