Qafqazda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi müzakirə edilib
Qafqaz regionunda ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi imkanları müzakirə edilib.
"Far.Az" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, qurumun baş direktoru Sadiq Axundov Tbilisi Maliyyə Sammiti 2026 çərçivəsində keçirilən "Sərhədlərarası maliyyə innovasiyası: regionun birgə sınaqdan keçirə biləcəyi imkanların müəyyənləşdirilməsi" adlı dəyirmi masada iştirak edib.
O, ani ödəniş sistemlərinin sərhədlərarası inteqrasiyası, ödəniş infrastrukturunun təkmilləşdirilməsi və maliyyə innovasiyalarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr, həmçinin ölkələrarası xüsusi tənzimləmə rejiminin tətbiqi imkanları barədə iştirakçılara ətraflı məlumat təqdim edib, digər spikerlərlə mövcud yanaşmalar ətrafında fikir mübadiləsi aparıb, həmçinin regional əməkdaşlığın əhəmiyyətindən danışarkən maliyyə innovasiyalarının inkişafı, ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyası və yeni texnoloji həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsinin və birgə təşəbbüslərin genişləndirilməsinin regionda daha çevik, əlçatan və səmərəli maliyyə ekosisteminin formalaşmasına töhfə verəcəyini bildirib.
Gürcüstan Milli Bankının Qlobal Maliyyə və Texnologiya Şəbəkəsi (GFTN) ilə birgə təşkil etdiyi ikigünlük tədbir mərkəzi bank rəhbərlərini, maliyyə institutlarının nümayəndələrini, fintex liderlərini və qlobal innovasiya məkanının tanınmış simalarını regional iqtisadi dəhlizlər, rəqəmsal maliyyə, tokenləşdirmə və maliyyə xidmətlərində süni intellekt mövzularının müzakirəsi ətrafında toplayıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan-Gürcüstan dostluğunu və milli irsi yaşadan mərkəz - Axundov Muzeyindən REPORTAJ
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə sürücü sükan arxasında yuxuladı, qəza baş verdi
-
Azərbaycan güləşçisi Ali Tsokayev dünya çempionatında bürünc medal qazanıb
-
"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
-
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Noyabrda bəzi bürclərin maddi vəziyyətində ciddi yaxşılaşma gözlənilir
-
Göyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu













