Baku Steel Company "Baku Steel Art 2026" layihəsində sənaye ilə incəsənəti bir araya gətirir
"Baku Steel Company" QSC (bundan sonra – BSC) Bakıda Qafqazın "Böyük Beşliyi"nə həsr olunmuş "Baku Steel Art 2026" sərgisini təqdim edib. Dənizkənarı Milli Parkın ərazisində, Daş Salnamə Muzeyinin yaxınlığında təşkil olunan açıq hava ekspozisiyasında Qafqazın vəhşi təbiətindən ilhamlanan obrazlar poladda canlanır. Sərgi noyabrın sonunadək ziyarətçilər üçün açıqdır.
Sərgidə BSC tərəfindən QGallery-nin təşkilati dəstəyi ilə keçirilmiş üçüncü "Baku Steel Art 2026" Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri nümayiş olunur.
Simpozium Azərbaycan, Türkiyə, Qazaxıstan, Latviya, Litva, Ukrayna və Estoniyadan 14 sənətkarı bir araya gətirib. İki həftə ərzində BSC-nin istehsalat sahəsi onların ortaq yaradıcılıq emalatxanasına çevrilib. Şirkətin polad məhsullarından hazırlanan kompozisiyalarda hər bir müəllif Qafqaz təbiətini özünəməxsus bədii dillə ifadə edib.
"Böyük Beşlik" Qafqaz faunasının beş nümayəndəsini – ceyranı, Qafqaz bəbirini, qonur ayını, boz canavarı və şah qartalını əhatə edir. Sənətkarlar bu obrazlar vasitəsilə insanla təbiət arasındakı münasibətləri araşdırırlar. Burada poladın möhkəmliyi ilə canlı aləmin kövrəkliyi arasındakı təzad biomüxtəlifliyin qorunması üçün daşıdığımız məsuliyyəti xatırladır.
Sərgi 2026-cı il oktyabrın 30-dan noyabrın 1-dək Bakıda keçirilən "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində açılıb.
Açılış mərasimində "Art Weekend" layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva kimi fəxri qonaqlar, eləcə də "Fly to Baku. Art Weekend. Sense the Future NOW" festivalının iştirakçıları və qonaqları iştirak ediblər.
Baku Steel Art simpoziumları 2024-cü ildən keçirilir. BSC-nin metallurgiya təcrübəsini sənətkarların bədii baxışı ilə birləşdirən layihə sənaye ilə incəsənətin əməkdaşlığı üçün yeni imkanlar yaradır. Beləcə, zavodda istehsal olunan polad şəhərin mədəni mühitinin bir hissəsinə çevrilir.
ŞİRKƏT HAQQINDA
"Baku Steel Company" QSC Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir. Şirkət tikinti sektoru, infrastruktur layihələri və sənaye üçün yüksək keyfiyyətli polad məhsulları istehsal edir.
Oxşar xəbərlər
Bakıda Zəfər muzeyinin açılışı olub
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU













