Qızılın saxta olub-olmadığını necə yoxlayaq?
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb.
Far.Az Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkcə qızılın tərkibinə mis qatılması halında deyil, digər materiallardan istifadə edilməsinə də rast gəlinir. O bildirir ki, bəzi məmulatların içərisi müxtəlif ərintilər, hətta şamla doldurularaq çəkisi artırılır. Zərgər belə hallardan birində 1 440 manat ziyana düşdüyünü deyir.
Bəs qızılın tərkibində bu qədər misin olması nə dərəcədə mümkündür?
Zərgər Şahin Əlipənahovun sözlərinə görə, bu, qızılın əyarından asılıdır. Belə ki, 585 əyarlı qızılın tərkibində təmiz qızılla yanaşı, müəyyən nisbətdə mis və gümüş də olur. Bu qatışıqlar məmulatın tələb olunan əyara uyğun hazırlanması üçün istifadə edilir.
Ş.Əlipənahov qeyd edir ki, Azərbaycanda qızıl məmulatlarının üzərində müvafiq əyar damğası olmalıdır. Bununla belə, qızılın həqiqiliyini yalnız zahiri görünüşünə əsasən müəyyənləşdirmək mümkün deyil. Hətta mütəxəssislər belə məmulatın saxta olub-olmadığını ilk baxışdan dəqiq müəyyən edə bilmirlər.
Oxşar xəbərlər
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar?
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Roman Abramoviç Bakıya gəlib
-
Türkiyə Feridun Sinirlioğlunun BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb
-
Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb
-
Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək













