Azərbaycan millisinin baş məşqçisi: "İrlandiya ilə oyunda hücumda və müdafiədə çox zəif təsir bağışladıq"
Hücumda və müdafiədə çox zəif təsir bağışladıq.
Bunu "Far.Az"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət basketbol millisinin baş məşqçisi Tahir Baxşıyev səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis matçın çətin keçdiyini söyləyib:
"Bunu əvvəldən də bilirdik. Üç xallıq atışlarımız çox zəif oldu. Görüşün əvvəlindən hesab arasındakı fərq böyüdü, sonra geridönüş etmək çətin oldu. 3-4-cü period əvvəlki ikisindən fərqli idi. Görüşə çox zəif başlamışdıq. Sonradan durumu bir az düzəldə bildik, amma artıq gec idi, çatdıra bilmədik".
T.Baxşıyev Amil Həmzəyevin də zədə səbəbindən çox oynaya bilmədiyini və İsveçrə ilə növbəti görüşə hazırlaşacaqlarını bildirib.
Qeyd edək ki, noyabrın 24-də Bakıda təşkil olunacaq Azərbaycan - İsveçrə qarşılaşması saat 14:00-da start götürəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan millisinin basketbolçusu: "İrlandiya ilə matçda çox pis oynadıq"
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakı Marafonu 2026" başlayıb
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Mayami Qran-prisinin startı pis hava şəraitinə görə başqa vaxta keçirilib
-
Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib
-
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib
-
İranın ABŞ-yə ötürdüyü 14 bəndlik təklifin bəzi detalları məlum olub













