Bakı və Düşənbə 2027–2028-ci illər üçün ekoloji əməkdaşlıq proqramı hazırlayacaq
Far.Az xəbər saytı

Bakı və Düşənbə 2027–2028-ci illər üçün ekoloji əməkdaşlıq proqramı hazırlayacaq


Tacikistan və Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı genişləndirmək, o cümlədən 2027–2028-ci illər üçün birgə proqram hazırlamaq niyyətindədir.

"Far.Az" Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinə istinadən xəbər verir ki, bu məsələ komitə sədri Bahodur Şeralizoda ilə Azərbaycanın ekologiya naziri Rəşad İsmayılov arasında Antalyada keçirilən COP31 çərçivəsində baş tutan görüşdə müzakirə edilib.

Görüş zamanı tərəflər iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin və təbii ekosistemlərin qorunması sahəsində qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər. Ekspertlər arasında təcrübə mübadiləsini, birgə tədbirlərin keçirilməsini və təbiəti mühafizə təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan 2027-2028-ci illər üçün birgə ekoloji əməkdaşlıq proqramının işlənib hazırlanmasına xüsusi diqqət yetirilib.

Xəbər yenilənir

Oxşar xəbərlər

Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər