BP-nin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır
BP şirkətinin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, BP-Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində Naxçıvanda təhsil müəssisələrində yeni yaradılacaq laboratoriya və emalatxanalar üçün avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.
Qeyd olunub ki, proses Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə BP şirkəti arasında bu il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir.
️Həmin sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanası, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində isə müasir kimya laboratoriyaları yaradılacaq. Yaxın günlərdə təhsil müəssisələrində avadanlıqların quraşdırılmasına start veriləcək. Fənn laborotoriyalarının tədris ilinin sonuna qədər hazır olması planlaşdırılır. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının sentyabr ayında hazır olub istifadəyə verilməsi nəzərdə tutulur.
Saziş çərçivəsində həmçinin BP tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi də həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-da faydalı qazıntıların hasilatına 3 milyard dollar investisiya qoyulacaq
-
"Matrix" filminin yeni hissəsi çəkiləcək
-
XÜSUSİ TƏKLİFLƏR - BAKUCARS ilə Bakıda avtomobil icarəsində sərfəli fürsətlər
-
Valideynlərə müraciət: Erkən evlilik uşağın gələcəyinin əlindən alınması deməkdir
-
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
-
İspaniya İtaliyadan gələnlər üçün daxili sərhədlərdə nəzarət tətbiq edəcək













