İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb - Yenilənib
Far.Az xəbər saytı

İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb - Yenilənib


İran Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazından keçən 2 tankerin minaya düşərək partlaması barədə məlumat verib.

"Far.Az" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bildirilib ki, tankerlər marşrut üzrə hərəkət qaydalarını pozub və İran hakimiyyətinin xəbərdarlıqlarına məhəl qoymayıblar.

İran Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, son 24 saat ərzində İranla razılaşdırılmamış marşrutlar üzrə Hörmüz boğazını keçməyə cəhd edən azı 5 tankerdə yanğın baş verib.

Hörmüz boğazında tanker dəniz minasına düşdükdən sonra yanıb.

"Far.Az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

İran tərəfi iddia edib ki, gəmi boğazdan keçid qaydalarını pozub, onun şərq hissəsindəki təhlükəli zonada olub, eləcə də aşkarlama və naviqasiya sistemlərini söndürüb.

"Gəmi sahiblərinə bir daha xəbərdarlıq edirik ki, Hörmüz boğazı təhlükəsiz deyil və əvvəlcədən razılaşdırmadan oradan keçməyə cəhd edən gəmilər üçün bağlıdır", - bəyanatda bildirilir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ
Bakıda yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırıldı
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər