Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Far.Az xəbər saytı

Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb


Pakistanın ən iri neft emalı şirkətlərinin sentyabrda başa çatan son rübdə məcmu mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 860 %-dən çox artıb.

"Report" "Nikkei Asia"ya istinadən xəbər verir ki, Pakistan Fond Birjasında səhmləri dövriyyədə olan dörd neft emalı zavodunun hamısı rüb ərzində xalis mənfəətlərinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

Onların ümumi mənfəəti 57 milyard Pakistan rupisini (206 milyon ABŞ dolları) ötüb. Ötən ilin eyni dövründə bu göstərici 2,9 milyard rupi təşkil edib.

Mənfəət göstəricisinə görə ilk yeri 18,65 milyard rupi ilə "Attock" zavodu tutub. İkinci yerdə 13,97 milyard rupi mənfəətlə "Pakistan Refinery" qərarlaşıb. "Cnergyico Pk" 12,88 milyard rupi, "National Refinery" isə 11,57 milyard rupi mənfəət əldə edib.

"Cnergyico Pk" ötən ilin eyni rübündə xalis zərər qeydə aldığından onun mənfəət artımının faiz göstəricisini hesablamaq mümkün olmayıb. Digər üç şirkətdə isə artım 1 000 %-i ötüb.

"Nikkei Asia"nın məlumatına görə, mənfəətin kəskin artması qlobal bazarda yaranan fasilələr fonunda neft emalı marjasının yüksəlməsi ilə bağlıdır. ABŞ-ın İrana qarşı müharibəsinin başlamasından və Hörmüz boğazının bağlanmasından sonra qiymətlərin artması yanacaq çatışmazlığına səbəb olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər