Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək
Far.Az xəbər saytı

Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün noyabrın 25-də Portuqaliyaya gedəcək.

QMİ-dən "Far.Az"a verilən məlumata görə, səfər BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə baş tutacaq.

A.Paşazadə noyabrın 26-27-də Portuqaliyanın Kaşkai şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının "Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək, "Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq" mövzusunda ilk plenar toplantısında və "Dini məkanların mühafizəsi üzrə qlobal konfrans"ında çıxışlar edəcək.

BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş tədbirdə BMT-nin Baş katibi Antonio Qutteriş də iştirak edəcək.

Eyni zamanda şeyxülislam noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edəcək.

Oxşar xəbərlər

Allahşükür Paşazadənin 75 yaşı tamam olur
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri baş tutub - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər