Akkreditasiya üçün müddət başa çatıb, parlament seçkilərində 3 təşkilat exit-poll keçirəcək
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti başa çatıb.
APA xəbər verir ki, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət avqustun 22-dək olan dövrü əhatə edib.
Qeyd edək ki, MSK-nın avqustun 12-də keçirilən iclasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə parlament seçkilərində exit-poll keçirmələri üçün akkreditasiyaları barədə qərar qəbul edib. MSK-nın avqustun 16-da keçirilən iclasında isə Sosioloji Tədqiqatlar Mərkəzinin exit-poll keçirməklə bağlı müraciəti səsverməyə çıxarılaraq qəbul olunub.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası haqqında qərarın qəbulu müddəti başa çatıb
MSK informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara start verib
Beynəlxalq müşahidəçilərin parlament seçkilərini müşahidə üçün müraciət müddəti başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













