Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib
Far.Az xəbər saytı

Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib


"Sərhədçi" komandası Peşəkar Çövkən Liqasının qalibi olub.

"Far.Az" xəbər verir ki, sərhədçilər bu tur "Zəfər"i 1:0 hesabı ilə məğlub etməklə son oyunun nəticəsindən asılı olmayaraq ölkə çempionu adını qazanıblar.

Turun mərkəzi qarşılaşmasında "Elite" kollektivi "Polad"a 2:3 hesabı ilə məğlub olaraq çempionluq şansını itirib.

Çempionatın son turunda "Sərhədçi" ilə "Elite" üz-üzə gələcək. "Elite" qələbə qazana bilməsə, digər oyunda "Polad" "Şamaxı"nı məğlub edərsə halda "Polad" komandası gümüş medallara sahib çıxacaq.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını, Zəfər abidəsini ziyarət edib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər