Pərviz Şahbazov: "Bakı Kiyevlə enerji tərəfdaşlığını dərinləşdirməyi hədəfləyir"
Azərbaycan Ukrayna ilə enerji əməkdaşlığının dərinləşdirilməsində maraqlıdır.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Ukraynanın Ujqorod şəhərində keçirilən Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclasında bildirib.
"Hökumətlərarası Komissiyasının iclasında iştirak edən Azərbaycandan olan şirkətlər, mövcud çətinliklərə və logistik mürəkkəbliklərə baxmayaraq, əməkdaşlığı genişləndirmək əzmi nümayiş etdirirlər. Hazırda burada o qədər də çox Azərbaycan şirkəti təmsil olunmur, lakin onların arasında ən əhəmiyyətli beynəlxalq oyunçular var. Bu, maraqların uzlaşdırılması, məsləhətləşmələrin və müzakirələrin aparılması, habelə konkret nəticələrin əldə olunması üçün gözəl imkanlar yaradır", - o qeyd edib.
Nazir əlavə edib ki, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq haqqında sənədlər, Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasındakı etimada əsaslanan dialoqla yanaşı, iki ölkə arasında iqtisadi münasibətlər üçün möhkəm siyasi zəmin yaradır:
"Bugünkü tədbir bu tərəfdaşlığı konkret layihələr vasitəsilə möhkəmləndirməyə yönəlib. Biz biznes nümayəndələrindən məhz bunu gözləyirik. İllik həcmi 500 milyon ABŞ dollarını ötən ikitərəfli ticarət dövriyyəsi, Azərbaycanda Ukrayna investisiyalı 290 şirkətin fəaliyyət göstərməsi, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "NEQSOL Holding"in Ukraynadakı fəaliyyəti işgüzar dairələrimiz arasındakı sıx əlaqələri əks etdirir".
Nazir Ukrayna ilə əməkdaşlıq üçün ən perspektivli sahələr sırasında bərpa olunan enerjini, enerji saxlanc sistemlərini, enerji səmərəliliyini və elektromobilliyi qeyd edib: "Kənd təsərrüfatı və sənaye şirkətlərinin iştirakı həmçinin ərzaq emalı, logistika, tikinti materiallarının, elektrotexniki avadanlıqların və sənaye komponentlərinin istehsalı sahəsində əməkdaşlıq üçün imkanlar yaradır".
Xəbər yenilənir
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













