Ukraynanın ətraf mühit naziri COP29-un yekunlarından yazıb: Dolğun və mürəkkəb oldu
Bakıda baş tutmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bütün dünya ölkələri, xüsusən də Ukrayna üçün dolğun və kifayət qədər mürəkkəb oldu.
“Far.Az” xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svitlana Qrinçuk yazıb.
“Paris sazişinin 6-cı maddəsi – bazar mexanizmləri ilə bağlı qərarlar paketi qəbul edilib. Kənd təsərrüfatı üzrə iş proqramı davam etdirilib və yeni layihələrin təqdim edilməsi üçün portal yaradılıb. Qlobal uyğunlaşma məqsədi üzərində işləmək üçün addımlar atılır”, – nazir qeyd edib.
O, Ukraynanın “iqlim planlarını və layihələrini gerçəkləşdirmək üçün vəsait alacağını” açıqlayıb: “Biz 6-cı maddə çərçivəsində əlavə investisiya cəlb edə, həmçinin yaşıl enerji, yaşıl bərpa və iqlim dəyişikliyinə adaptasiya üçün beynəlxalq maliyyə qurumlarının maliyyələşdirilməsində iştirak edə bilərik”.
“Bakıdakı işin mühüm elementi Ukrayna pavilyonu oldu. O, müharibə və dağıntılara baxmayaraq, “yaşıl” bərpa üçün beynəlxalq tərəfdaşları cəlb etmək missiyasını yerinə yetirdi. Bu, COP29-dan sonra da dünyanın Ukrayna ətrafında birləşməsinin rəmzi olacaq”, – Qrinçuk vurğulayıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













