Ərdoğan Trampla telefonla danışdı: İran-ABŞ gərginliyi müzakirə olundu
Far.Az xəbər saytı

Ərdoğan Trampla telefonla danışdı: İran-ABŞ gərginliyi müzakirə olundu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Far.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın genişlənəcəyinə inandığını bildirib. O, iki ölkə arasındakı münasibətlərə yeni dinamika qazandırmaq üçün səylərin davam etdiriləcəyini vurğulayıb.

Türkiyə Prezidenti İran və ABŞ arasında gərginliyin aradan qaldırılmasının, mövcud problemlərin isə diplomatik yollarla həllinin vacibliyini qeyd edib. O, Türkiyənin regionda sülhün təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.

Ərdoğan Ukrayna-Rusiya müharibəsinin başa çatdırılması üçün diplomatik səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini də söyləyib. O, bu prosesdə həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasının əhəmiyyətini vurğulayıb.

Türkiyə lideri, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə göstərdiyi dəstəyə görə Trampa təşəkkür edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər