Pakistanın sabiq baş naziri İmran Xan səhhətinin kritik vəziyyətdə olduğunu açıqlayıb
Far.Az xəbər saytı

Pakistanın sabiq baş naziri İmran Xan səhhətinin kritik vəziyyətdə olduğunu açıqlayıb


Pakistanın sabiq baş naziri, 2023-cü ildən bəri həbsdə olan İmran Xan səhhətinin pisləşməsi səbəbindən həbsxanadan sağ çıxa bilməyəcəyini bildirərək, təcili tibbi yardım üçün müraciət edib.

"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə onun Pakistan Ali Məhkəməsinin sədrinə göndərdiyi məktubda bildirilib.

74 yaşlı siyasətçinin sözlərinə görə, həkimlər onu beyin qanaması və ürək dayanmasına qarşı yüksək həssaslığı barədə xəbərdar ediblər.

Xan həmçinin bildirib ki, onun həbsdə olan həyat yoldaşı Büşra Bibi görmə qabiliyyətini həmişəlik itirə bilər. Onun sözlərinə görə, məhz bu hal onu məktub yazmağa sövq edib.

"74 yaşımda mən o qədər ağır şəraitdəyəm ki, sağ qurtula bilməyəcəyim bir vəziyyətə düşmək riski ilə üz-üzəyəm", - o vurğulayıb.

Sabiq baş nazir qeyd edib ki, uzun müddət təkadamlıq kamerada saxlanılması onun psixi sağlamlığına mənfi təsir göstərib.

Pakistan hakimiyyəti ötən həftə Xanın gözlərinin müayinəsi üçün xəstəxanaya aparıldığını, bundan sonra isə yenidən kameraya qaytarıldığını bildirib.

2022-ci ildə etimadsızlıq səsverməsi nəticəsində baş nazir postunu itirdikdən sonra İmran Xan çoxsaylı korrupsiya ittihamları ilə üzləşib. Ona qarşı çıxarılan, biri istisna olmaqla, bütün ittiham hökmləri dayandırılıb və ya ləğv edilib, onlarla bağlı apellyasiya şikayətlərinə baxılır. Xan günahını inkar edir və ittihamların siyasi motivli olduğunu iddia edir. Hökumət bu iddiaları rədd edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər