ABŞ-nin onilliklər ərzində ilk dəfə yeni nüvə aviabombasının adı açıqlanıb
ABŞ Konqresi Senatının Təxsisatlar Komitəsi bir neçə onillikdən sonra ilk dəfə yeni nüvə aviabombasının - B94-ün adını təqdim edib.
"Far.Az" xəbər verir ki, "The War Zone" (TWZ) portalı ABŞ-nin 2027-ci maliyyə ili üzrə federal büdcə layihəsinə dair sənədləri araşdırarkən bu barədə bildirib.
Sənədlərə əsasən, B94 proqramının maliyyələşdirilməsi üçün 77,108 milyon dolların ayrılması təklif olunur. Bununla belə, sənədlərdə döyüş sursatının texniki xüsusiyyətləri və təyinatı barədə məlumat verilmir.
TWZ-nin qiymətləndirməsinə görə, B94 adı ABŞ-də hazırlanan "Nuclear Deterrent System-Air-delivered" (NDS-A) adlı nüvə aviabombasını ifadə edə bilər. Bu bombanın möhkəmləndirilmiş və yerin dərin qatlarında yerləşən yeraltı obyektləri məhv etmək üçün nəzərdə tutulduğu bildirilir. Lakin bunların eyni proqram olduğuna dair hələ rəsmi təsdiq yoxdur.
B94-dən əvvəl ABŞ-də son nüvə aviabombası B90 idi. Onun hazırlanması "Soyuq müharibə"nin başa çatmasından sonra nüvə arsenalının azaldılması fonunda, 1991-ci ilin sentyabrında dayandırılıb.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
-
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
-
İmişlidə suvarma kanallarına suyun verilişi iki ay dayandırılacaq - Səbəb
-
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb













