"Milli Məşğulluq Forumu" çərçivəsində süni intellekt və əmək bazarı müzakirə olunub
Far.Az xəbər saytı

"Milli Məşğulluq Forumu" çərçivəsində süni intellekt və əmək bazarı müzakirə olunub


Bakıda "Milli Məşğulluq Forumu" çərçivəsində "Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" adlı panel sessiya keçirilib.

"Report"un məlumatına görə, Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirliyinin İşçi Qüvvəsinin İnkişaf Mərkəzinin Əmək sektoru üzrə tədqiqat və proqnozlaşdırma departmentinin müdiri Ruslan Tleubayev qeyd edib ki, ölkəsində peşə standartlarının hazırlanmasında həm işəgötürənlər, həm də biznes və işəgötürənlərin mövqeyini ifadə edən respublika, regional və sahə qurumları iştirak edirlər.

O, Qazaxıstan təcrübəsini bölüşərək qeyd edib ki, ölkədə yaradılan Əmək Resurslarının İnkişafı Mərkəzi əmək, məşğulluq və sosial təminat sahələrində informasiya sistemlərini müşayiət edir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə daxil olan bütün informasiya sistemləri, eləcə də onların texniki dəstəyi bizim təşkilat tərəfindən təmin olunur".

R.Tleubayevin fikrincə, süni intellekt daha çox gənclərin olduğu sektora təsir edəcək, onların əmək bazarına çıxışında çətinliklər yaradacaq.

Rəqəmsal İnkişaf va Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal inkişaf Agentliyində (İRİA) rəqəmsal texnologiyalar üzra baş texniki direktor Cavid Mahmudzadə işəgötürənlərin gələcəkdə inkişaf potensialı olan vakansiyalar üzərində işlər aparmalı olduğunu qeyd edib: "Onlar avtomatlaşdırma yolunda irəliləyən vakansiyaları nəzərə almalı və həmin sahələrdə bacarığı olan şəxslərlə əməkdaşlığı genişləndirməlidirlər. Özəl və dövlət sektorları sıx görüşlər keçirməlidilər. Bu görüşlər sayəsində yeni bacarıqlar kəşf ediləcək. Nəticədə əmək bazarında intellektual kadrların sayı arta bilər".

"SABAH.city"də baş icraçı direktorun müavini Nurcahan Baxşiyeva qeyd edib ki, "SABAH.city"də 30-a yaxın şirkət fəaliyyət göstərir. O bildirib ki, süni intellekt nə qədər inkişaf etsə də, onunla ünsiyyət quran yenə də insandır: "Bu səbəbdən süni intellekt bizə bir çox proseslərin sürətləndirilməsində, axtarılmasında dəstək olur. Amma yenə də strateji qərarların verilməsində insan rolu çox önəmlidir" .

Panel sessiya müzakirələrlə davam edib.

Qeyd edək ki, tədbirin ikinci günündə əmək bazarının aktual məsələlərinə dair yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq. Həmçinin gənclər və işəgötürənlərin iştirakı ilə "İstedadlar Sərgisi" keçiriləcək.

Sevil Seymur

Gülər Seymurqızı

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər