Büdcə üçün risk: Hesablama Palatası açıqladı
Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə verdiyi rəydə əksini tapıb.
Qeyd olunub ki, 2026-cı ilin ilk doqquz ayında DVX xətti ilə artıqödəmələrin məbləği ilin əvvəli ilə müqayisədə 339.9 milyon manat artaraq 2 milyard 740,6 milyon manata çatıb.
Palata hesab edir ki, artıqödəmələrin artması gələcək dövrlərdə dövlət büdcəsinə vergi daxilolmaları baxımından risk yarada bilər.
Vergi ödəyiciləri gələcək öhdəliklərini əvvəlcədən köçürdükləri vəsait hesabına ödəyə biləcəklər. Bu isə hesablanmış vergi məbləğləri ilə dövlət büdcəsinə faktiki daxil olan vəsaitlər arasında fərqin yaranması ilə nəticələnə bilər.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi













