Hesablama Palatası: Büdcə xərclərinin strukturunda dəyişikliklər gözlənilir
2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərclərinin strukturunda dəyişikliklər gözlənilir.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisi bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, büdcənin əsaslı xərclərinin 8,1 % azalması, əvəzində cari xərclərinin 7,7 %, dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin isə 85,2 % artması proqnozlaşdırılır: "Son nəticədə gələn il cari xərclərin büdcə xərclərindəki payı 60 %-ə yüksələcək. Artım tempinin ortamüddətli dövrdə də davam edəcəyi gözlənilir. Hesab edirik ki, bu vəziyyətdə cari xərclərin optimallaşdırılması üçün büdcə-vergi siyasətində dəyişikliklərə baxılması vacibdir”.
Sədr həmçinin bildirib ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti azalmaqda davam edəcək: “Təhlillər göstərir ki, qeyri-resurs gəlirlərinin cari xərclərə nisbəti 78,7 % olacaq. Müdafiə xərclərinin qeyri-neft-qaz gəlirlərinə nisbəti isə 126,3 % təşkil edəcək".
Oxşar xəbərlər
IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır
Hesablama Palatası: 2026-cı ildən iqtisadi artım tamamilə qeyri-neft-qaz sektorunun hesabına olacaq
ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub













