Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib
Far.Az xəbər saytı

Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib


Böyük Britaniya dünyada ilk dəfə Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib.

"Far.Az" xəbər verir ki, bu barədə Britaniya hökumətinin bəyanatında bildirilib.

Məlumata görə, sanksiya paketinə Rusiya neftinin və mayeləşdirilmiş təbii qazının daşınması üçün istifadə olunan kölgə donanmasının gəmiləri, iri kömür şirkətləri, eləcə də "Rosneft"in qabaqcıl Arktika neft-qaz layihəsi olan "Vostok Oyl" MMC daxil edilib. Bundan əlavə, "Slavneft" şirkəti də məhdudiyyətlərə məruz qalıb.

Beləliklə, London hasilat, ticarət şəbəkələri, tədarük zəncirləri və nəql daxil olmaqla, Rusiyanın neft-qaz sektorundan gəlir əldə etmə zəncirini praktiki olaraq tamamilə əhatə etmək niyyətindədir.

Yeni məhdudlaşdırıcı tədbirlər Dublində Avropa Siyasi İcmasının sammiti fonunda elan edilib ki, orada Birləşmiş Krallığın Baş naziri Endi Börnhem Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ukrayna məsələsi üzrə liderlərin görüşünü keçirməyi planlaşdırır. İştirakçılar Əbu-Dabidə bu yaxınlarda baş tutmuş sülh danışıqlarının yekunlarına dair gələcək addımları müzakirə edəcəklər.

Börnhem həmçinin 50-yə yaxın ölkənin liderini Rusiyaya qarşı təzyiqi gücləndirməyə çağırmaq niyyətindədir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər