Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
Far.Az xəbər saytı

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub


Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı davam edir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 39 ölkədən 276 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin idmançısı mərhələ adlayıb.

Səbuhi Əlizadə (+90 kiloqram) 1/8 finalda İşxan Hovsepyanı (Ermənistan) mübarizədən kənarlaşdırıb. 3 xəbərdarlıq alan rəqib diskvalifikasiya olunub.

Əlizadə 1/4 finalda ilk mərhələdən azad olan Kiril Georgiyevlə (Bolqarıstan) qarşılaşacaq. Döyüş noyabrın 20-də olacaq.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər