Pnevmoniya ilə bağlı 5 yanlış fikir: Həkimlər həqiqətləri açıqladı
Pnevmoniya haqqında cəmiyyətdə geniş yayılmış bir sıra yanlış təsəvvürlər var. Bu xəstəliyin yalnız bakteriyalar səbəbindən yarandığı, mütləq yüksək hərarətlə müşayiət olunduğu və müalicə zamanı antibiotik qəbulunun vacib olduğu düşünülür. Lakin mütəxəssislər bu yanaşmaların hər zaman doğru olmadığını bildirirlər.
Far.Az xəbər verir ki, Rusiya Federal Tibbi-Bioloji Agentliyinin (FMBA) Pulmonologiya Elmi-Tədqiqat İnstitutunun və Seçenov Universitetinin mütəxəssisləri pnevmoniya ilə bağlı geniş yayılmış yanlış fikirlərə aydınlıq gətiriblər.
Mütəxəssislərin sözlərinə görə, pnevmoniya müstəqil şəkildə də inkişaf edə bilər. Xəstəliyin yaranmasına təkcə bakteriyalar deyil, viruslar, göbələklər və bəzi ibtidai mikroorqanizmlər də səbəb ola bilər.
Həkimlərin diqqət çəkdiyi məqamlardan biri də pnevmoniyanın hər zaman aşkar simptomlarla özünü göstərməməsidir. Sinə ağrısı, yüksək hərarət və nəfəs darlığı kimi əlamətlər bütün xəstələrdə eyni şəkildə müşahidə olunmaya bilər. Buna görə də yalnız simptomlara əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. Xəstəliyin müəyyənləşdirilməsi üçün tibbi müayinə və müvafiq müayinələr tələb olunur.
Digər geniş yayılmış yanlış təsəvvür isə pnevmoniyanın bütün hallarda antibiotiklərlə müalicə edilməli olmasıdır. Mütəxəssislər bildirirlər ki, antibiotiklər bakteriyalara qarşı təsirlidir. İltihabın səbəbi virus və ya digər mikroorqanizmlər olduqda isə fərqli müalicə yanaşması tələb oluna bilər.
Həkim məsləhəti olmadan antibiotik qəbul etmək isə həm düzgün müalicənin gecikməsinə, həm də əlavə sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də müalicə üsulu xəstəliyin yaranma səbəbi müəyyənləşdirildikdən sonra seçilməlidir.
Seçenov Universitetinin mütəxəssisləri pnevmoniya zamanı sərt yataq rejiminin də bütün hallarda zəruri olmadığını qeyd ediblər. Onların izahına görə, əzələlərin fəaliyyəti orqanizmin oksigenə tələbatını artırır və ağciyərlərin havalanmasını stimullaşdırır. Bununla belə, fiziki aktivliyin səviyyəsi xəstənin vəziyyətinə uyğun müəyyən edilməlidir.
Xəstəlikdən sağaldıqdan sonra isə əvvəlki aktiv həyata tədricən qayıtmaq tövsiyə olunur. Mütəxəssislər gündə 20-30 dəqiqəlik gəzintiləri məsləhət görür, lakin bu mərhələdə ağır fiziki yüklənmələrdən çəkinməyi vacib hesab edirlər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Azərbaycan və Böyük Britaniya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır













