Aqrar Sığorta Fondu İmişlidə zərər çəkmiş fermerə aqrar sığorta ödənişi edib
Aqrar Sığorta Fondu İmişli rayonunda sığorta hadisəsi baş vermiş heyvandarlıq təsərrüfatına zərər ödənişi həyata keçirib.
"Far.Az" Fonda istinadən xəbər verir ki, Aqrar Sığorta Fondu əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və akvakultura məhsullarını çoxsaylı risklərdən sığortalayır. Aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanlarını yoluxucu xəstəliklər, otdan, yemdən və kimyəvi maddələrdən zəhərlənmə, ilan və həşərat sancması, təbii fəlakətlər və təbiət hadisələri, yanğın, 3-cü şəxslərin hərəkətləri, heyvanın avtomobillə vurulması, qəza zamanı tələf olması, oğurluq və sair risklərdən sığortalamaq mümkündür.
Bu dəfə rayonun Xəlfəli kəndindən olan fermer Ədalət Quliyevin təsərrüfatında cins mal-qaranın yoluxucu xəstəlik səbəbindən tələf olmasına görə 5 130 manat məbləğində sığorta ödənişi edilib.
Qeyd edək ki, dövlət dəstəyi ilə alınmış cins heyvanın ümumi dəyəri 5 700 manat olub. Qanunvericiliyə uyğun olaraq, Aqrar Sığorta Fondu tərəfindən bu məbləğdən 10% azadolma məbləği çıxılmaqla, 90%-lik hissə, yəni 5 130 manat ödəniş edilib.
Məlumat üçün bildirək ki, fermer tələf olmuş heyvanın birillik sığorta edilməsi üçün 170 manat sığorta haqqı ödəmişdi. Başqa sözlə, hadisə nəticəsində edilmiş sığorta ödənişi heyvanın 1 illik sığortalanmasına çəkilən xərcdən 30 dəfə artıq olub.
Fermer Ədalət Quliyev aqrar sığorta mexanizminin işindən razılığını və olduqca məmnun qaldığını bildirib. Onun sözlərinə görə, aqrar sığorta ödənişi yoluxucu xəstəlik nəticəsində ona dəymiş zərərin böyük hissəsinin qarşılanmasına imkan verib. Ə.Quliyev digər fermer və təsərrüfatları isə dövlətin yaratdığı bu imkandan istifadə etməyə, olduqca sərfəli şərtlərlə əkin sahələrini və heyvanlarını sığortalamağa çağırıb.
Xatırladaq ki, ümumilikdə İmişli rayonu Aqrar Sığorta Fondu tərəfindən ən çox sığorta ödənişi edilən rayonlardan biridir. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən İmişli rayonundakı fermer və təsərrüfatlara ümumilikdə 2 milyon 552 min manat sığorta ödənişi edilib. Bunun 1 milyon 94 min manatı bitkiçilik, 1 milyon 458 min manatı isə heyvandarlıq sahəsi üzrə ödənilib.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini öz heyvanlarını, eləcə də payızlıq əkinlər dövründə əkin sahələrini, tarla bitkilərini və meyvə bağlarını, həmçinin heyvandarlıq təsərrüfatlarını dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Qarakənd faciəsindən 35 il ötür
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













