Ramiz Mehdiyev hökmdən narazıdır - Daha yüngül cəza istəyir
Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şikayət ərizəsində Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, əməllərinə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılması xahiş edilib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik prosesin nə vaxt keçiriləcəyi bilinmir.
Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səsyazılarını yayıb.
Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər













