ABŞ investorları Qarabağ və Şərqi Zəngəzurun yatırım potensialını yaxından öyrənməkdə maraqlıdırlar
ABŞ investorları Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialını yaxından öyrənməyə və mövcud imkanları dəyərləndirməyə maraqlıdırlar.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel Azərbaycanın kənd təsərrüfatrı naziri Məcnun Məmmədovla görüşündə danışıb.
Nazir Vaşinqtona səfəri çərçivəsində ABŞ Ticarət Palatasında ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib, Azərbaycanın kənd təsərrüfatının investisiya potensialı, əsas inkişaf göstəriciləri, həyata keçirilən islahatlar və "Dövlət proqramı 2026-2030"un təqdim etdiyi üstünlüklər barədə ətraflı məlumat təqdim edib.
"ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel ABŞ şirkətlərinin müasir texnologiyalar, kənd təsərrüfatı texnikası, məlumatların təhlili, süni intellekt və proqnozlaşdırma sahələrində Azərbaycanın aqrar sektorunun inkişafına töhfə verə biləcəyini və ABŞ investorlarının növbəti il Azərbaycana planlaşdırılan səfəri çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialını yaxından öyrənməyə və mövcud imkanları dəyərləndirməyə maraqlı olduqlarını bildirdi", - M. Məmmədov "X" sosial şəbəkə hesabında yazıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













