Çexiyanın səfiri: COP29-da təşkilatçılıq yüksək səviyyədə idi
Far.Az xəbər saytı

Çexiyanın səfiri: COP29-da təşkilatçılıq yüksək səviyyədə idi


COP keçirən ölkə logistika baxımından çətinliklərlə üzləşir və Bakıda bunun necə dəqiq işləməsini görmək həqiqətən də möcüzəli idi.

Bunu “Far.Az”un sualına cavab verən Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek deyib.

O qeyd edib ki, konfransda iştirak üçün 70 mindən çox insan qeydiyyatdan keçmişdi, çoxlu sayda dövlət və hökumət rəhbərləri COP29-da iştirak etdi:

“Təşkilatçılıq yüksək səviyyə idi. COP29 qarşısında qoyulan məqsədlərə nail olundu. Konfransda bir çox iştirakçılar qeyd etdilər ki, iqlim problemləri ilə bağlı məsələlərdə danışıqlardan konkret işə keçmək lazımdır. Ümid edirik ki, konfransda qəbul edilən qərarlar kağız üstündə qalmayacaq”.

Çexiya ilə Azərbaycan arasında yaşıl enerji, bərpa olunan enerji sahəsində əməkdaşlığa toxunan diplomat qeyd edib ki, ölkəsinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi resursları olmasa da, bu sahədə düşünən beyinləri var.

“İlk növbədə söhbət kiçik su elektrik stansiyalarından gedir. Hazırda tərəflər arasında bu sahədə danışıqlar gedir. Bu sahədə bir sıra ixtiralarımızı Qarabağ bölgəsində tətbiq edilmək üçün hədiyyə etmək istəyirik”, - səfir deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər