Bakının sahilboyu əraziləri ilə bağlı YENİ QƏRAR: Zonalar ictimaiyyətə açıq olacaq
Far.Az xəbər saytı

Bakının sahilboyu əraziləri ilə bağlı YENİ QƏRAR: Zonalar ictimaiyyətə açıq olacaq


"Zonalaşdırma aparıldıqdan sonra sahilboyu ərazilərdən təyinatına uyğun istifadə təmin olunacaq. Eyni zamanda, təsdiqləndikdən sonra zonaların ictimaiyyət üçün açıq olması nəzərdə tutulur".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, bu ərazilərdə əlavə infrastruktura ehtiyac yaranarsa, müvafiq dövlət və şəhərsalma sahəsində fəaliyyət göstərən qurumlarla birgə iş aparılacaq:

"Məqsəd həmin ərazilərdə infrastrukturun düzgün formalaşdırılması, ictimaiyyət üçün rahat, təmiz və keyfiyyətli mühitin yaradılmasıdır. Göstərilən xidmətlərin də müvafiq keyfiyyət standartlarına cavab verməsi təmin olunmalıdır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər