İtaliya və Azərbaycanın Afrikada birgə xammal layihələri ilə bağlı planları açıqlanıb
Far.Az xəbər saytı

İtaliya və Azərbaycanın Afrikada birgə xammal layihələri ilə bağlı planları açıqlanıb


İtaliya və Azərbaycan Afrikada və dünyanın digər regionlarında kritik vacib xammal sahəsində birgə müəssisələr yaratmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.

XİN başçısı Romada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünü və iki ölkə arasında kritik vacib xammal materialları sahəsində ilk memorandumun imzalanmasını xatırladıb.

A.Tayaninin sözlərinə görə, indi memorandumun icrası ilə bağlı sənədin imzalanması vacibdir: "Memorandum digər məsələlərlə yanaşı, Afrikada, eləcə də dünyanın digər regionlarında kritik vacib xammal materialları sahəsində birgə fəaliyyət üçün müştərək müəssisələrin yaradılmasını nəzərdə tutur. Xammalın qiyməti bəzən malların istehsalı üçün ciddi yükə çevrilir. Biz əməkdaşlıq çərçivəsində xammal xərclərini azaltmağa və bununla da sənaye sistemlərimizin rəqabət qabiliyyətini artırmağa çalışırıq".

Nazir Azərbaycanı İtaliyanın strateji tərəfdaşı adlandırıb və son illərdə iki ölkənin böyük nailiyyətlər əldə etdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya, həmçinin İtaliya Prezidenti Sercio Mattarellanın və Baş nazir Corcia Meloninin Bakıya səfərləri tərəfdaşlığın möhkəmlənməsinə töhfə verib.

"Lakin bugünkü biznes forum əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə çıxarmağımıza imkan yaratmalıdır. Biz qarşımıza iddialı hədəflər qoymalı və qarşılıqlı fəaliyyətimizin hər iki ölkənin vətəndaşlarına getdikcə daha çox fayda gətirməsinə nail olmalıyıq", - M. Tayani deyib.

Onun sözlərinə görə, məhz vətəndaşların həyatının yaxşılaşdırılması biznesə dövlət dəstəyinin əsas məqsədidir: "Beynəlxalq vəziyyətin mürəkkəb olmasına baxmayaraq, İtaliya Azərbaycanla iqtisadi və sənaye əməkdaşlığını bundan sonra da inkişaf etdirmək niyyətindədir".

Oxşar xəbərlər

İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər