Zahid Oruc: İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları işğal dövründə vəziyyətdən yararlananlardır
Ermənistanda yeni Konstitusiya layihəsinin əleyhdarları işğal dövründə vəziyyətdən yararlananlardır.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin payız sessiyasının bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr sözügedən layihənin xalqın müzakirəsinə və səsverməsinə çıxarılmasına mane olurlar:
"Ermənistanın gələcəyi artıq tarixdə olduğu kimi imperiya mərkəzlərində müəyyənləşmir. Yeni Konstitusiya layihəsi ilə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp tarixi TRİPP layihəsinin icrasının rəsmən başlandığını bəyan etdi. Bir vaxtlar Qarabağ münaqişəsi Cənubi Qafqazı hərbi qarşıdurmada və blokadada saxladığı halda, indi region böyük açılıma hazırlaşır".
Komitə sədri xatırladıb ki, 35 il əvvəl Ermənistanda mütləq əksəriyyət Azərbaycan ərazilərinin qəsb olunmasını tələb edirdi:
"İndi isə ölkəmiz əsas hissəsi ilə Naxçıvanı quru yolla bütövləşdirməyə doğru gedir. Erməni cəmiyyətinin dinc qonşuluğu, yoxsa əbədi məhv olma məfkurəsi olan torpaq iddialarından hansını seçəcəyi onların taleyini müəyyənləşdirəcək. Lakin referendumun nəticələri xarici dövlətlərin yox, sadə vətəndaşların iradəsindən asılı olmalıdır".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













