Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur"
"Barselona" komandasına qarşı oynamaq hər futbolçunun arzusudur.
"Far.Az" xəbər verir ki, bu barədə "Sabah"ın müdafiəçisi Rəhman Daşdəmirov EFE agentliyinə açıqlamasında deyib.
27 yaşlı oyunçu UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün İspaniya təmsilçisinə qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:
"Barselona"ya qarşı oynamaq "Sabah" üçün fəxr, hər futbolçu üçün isə arzudur. Biz rəqibin fərdi oyunçularını yox, bütöv komandanı təhlil edirik. Qarşılaşmaya hazırlığımız da məhz buna əsaslanıb. "Barselona"nın gücü kollektivdədir. Bakı Olimpiya Stadionunun tam dolacağı gözlənilir. Belə tribunalar önündə nəhəng komandaya qarşı oynamaq əlavə məsuliyyətdir. Amma matç başlayanda bütün emosiyalar unudulur. Həmin andan etibarən yalnız oyuna köklənirsən. Lakin güclü komandalara qarşı öz oyun üslubunu qorumaq da çətindir".
Azərbaycan millisinin üzvü qitənin bir nömrəli klub turnirində debüt etmələri haqqında da danışıb:
"Sabah" doqquz il əvvəl yaradılan klubdur və qısa müddətdə UEFA Çempionlar Liqasında çıxış etməsi böyük işlər görüldüyünü göstərir. Bakıda bu cür böyük Avropa klubları ilə üz-üzə gəlmək artıq planın yerinə yetirilməsi deməkdir. Biz "Barselona" ilə görüşdə mümkün olan ən yaxşı nəticəni qazanmaq üçün meydana çıxacağıq".
Xatırladaq ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" oyunu saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
"Eurovision–2011" qalibi ELDAR Münhendə OGAE Germany fan-klub görüşündə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
-
Estoniya Rusiya ilə sərhəddə dəmir yolu keçid məntəqəsinin istisna etməyib













