AVF rəsmisi: "Hədəfim beynəlxalq federasiyada ölkəmizi layiqincə təmsil etməkdir"
Əsas hədəfim ölkəmizi beynəlxalq qurumda layiqincə təmsil etmək, vəzifə öhdəliklərimin öhdəsindən məsuliyyətlə gəlməkdir.
Bunu "Far.Az"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilməsi ilə bağlı danışarkən deyib.
O, bu xəbəri sevinclə qarşıladığını bildirib:
"FIVB-nin Tibb Komissiyasına üzv seçilməyim mənim üçün qürurvericidir. Namizədliyim Azərbaycan Voleybol Federasiyası tərəfindən verildi. Etimada görə qurumun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərindəki fəaliyyətimin və Avropa Voleybol Konfederasiyasında Tibb Komissiyasının üzvü olmağımın FIVB-nin Tibb Komissiyasına üzv seçilməyimə böyük təsiri var".
Qeyd edək ki, Vüsalə Kazımova FIVB-nin İdarə Heyətinin ilk iclasında Tibb Komissiyasına üzv seçilib. O, 2028-ci ilədək burada fəaliyyət göstərəcək.
Oxşar xəbərlər
Avropa Voleybol Konfederasiyasının İdarə heyətinin ilk iclası keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb
Azərbaycan Voleybol Federasiyasının rəsmisi yenidən CEV-ə üz seçilib
Cəlil Cəfərov növbəti dəfə Avropa Voleybol Konfederasiyasının İdarə Həyətinə üzv seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb













