MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb
Far.Az xəbər saytı

MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb


Bələdiyyə seçkiləri ilə bağlı imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılıb.

"Far.Az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK-nın qərarı müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, işçi qrupunun tərkibi müəyyən edilib.

İşçi qrupunun tərkibinə müvafiq dövlət strukturlarından nümayəndələr daxil edilib. Qrupun rəhbəri isə MSK üzvü Etibar Quliyev təyin olunub.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər