Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndiririk
Rəsmi Bakı Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 23-də Bakıda italiyalı həmkarı Antonio Tayani ilə brifinqdə deyib.
O xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit çərçivəsində iki ölkə tərəfindən paraflanıb.
"Saziş ictimaiyyət üçün açıqdır, dərc edilib. Azərbaycan tərəfinin mövqeyi həm o zaman, həm də indi açıqdır. Azərbaycan tərəfi sənədə son imzanı bir şərtlə qoymağa hazırdır ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılsın. Bunun nə zaman baş verməsi isə sırf Ermənistanın daxili işidir. Zaman elə gətirdi ki, bəli, bu gün bu istiqamətdə irəliləyiş gördük. Baş nazir Paşinyan yeni Konstitusiya mətnini açıqladı. Mən bu layihə ilə bağlı şərh vermək istəmirəm. Yenə də deyirəm, bu, onların daxili işidir. Bizi tək maraqlandıran odur ki, yeni layihədə Azərbaycana qarşı ərazi iddiası olmasın. Yeni layihədə görünür ki, bu müddəa yoxdur və biz bunu müsbət qiymətləndiririk".
Ceyhun Bayramov bildirib ki, Ermənistan daxilində konstitusiya prosesinin nə zaman başa çatacağı bu ölkənin rəhbərliyindən və cəmiyyətindən asılıdır:
"Bu məsələ həllini tapdıqdan sonra paraflanmış sülh sazişinin imzalanması qarşısında əlavə maneə qalmayacaq".
Oxşar xəbərlər
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













