Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Bu il "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası ilk dəfə sirk tematikası ilə təqdim olunur və Fəvvarələr Meydanını rəngarəng personajların, canlı şouların, musiqinin və özünəməxsus dekorların harmoniya təşkil etdiyi unikal bir məkana çevirir. Bu il yarmarkada qonaqları 60 böyük və 20 balaca dekorativ ev, üç ədəd iki mərtəbəli restoran, xüsusi hazırlanmış oyun tuneli, "xoxan" labirinti, iki photo booth, müxtəlif tematik fotozonalar və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni konstruksiyalar qarşılayacaq.
2013-cü ildən etibarən hər il "Nargis" Fondunun təşkilatçılığı ilə keçirilən və şəhərimizin artıq Yeni il ənənəsinə çevrilmiş "Soyuq Əllər, İsti Ürək" yarmarkası bu il də xeyriyyə məqsədilə keçirilir. Yarmarka sponsorlarının maliyyə dəstəyi və qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Hər il olduğu kimi, yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılacaq. İnternat, uşaq evləri və sosial xidmət müəssisələrindən olan azyaşlılar fəxri qonaqlar olaraq yarmarkaya qatılacaqlar.
"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının qapıları 8 yanvar 2026-cı il tarixinədək hər gün 11:00-dan 23:00-dək açıq olacaq və hər il olduğu kimi, giriş tamamilə ödənişsizdir. Fəvvarələr Meydanında qonaqlar həm Qərbin, həm də Şərqin ləzzətlərini bir araya gətirən məkanlarda yüksək keyfiyyətli təamlardan və isti içkilərdən dadmaq, eksklüziv əl işləri və suvenirlər əldə etmək, müxtəlif oyunlar oynamaq, sevdikləri ilə birlikdə unudulmaz xatirələri şəkillərdə həkk etmək imkanı qazanacaqlar.
Yarmarkanın təşkil edilməsində tərəfdaşların və sponsorların müstəsna rolu olmuşdur. Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, "Azərişıq" ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, Epoint və Pasha Holding Təhlükəsizlik Xidmətidir. "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası sponsorlar "PAŞA Holding", "Azercell", "Coca-Cola", "Tess", "Luxurywine" "Birmarket", "Ozmo", "Bioderma", "Vyana Şokolad Evi", "Xırta-Xırt", "Magnolia", "Sweetelnik", "Taste of Friendship", "Corndogs", "Çubuq", "Eat Me", "Fettycheese", "Panda Noodle", "Atabey Çiğköfte" və "Mandu" şirkətlərinin əvəzolunmaz dəstəyi ilə keçirilir.
Əziz Bakı sakinləri və şəhərimizin qonaqları, yarmarkaya gəlib Yeni il sehrini birlikdə kəşf etməyə hər birinizi dəvət edirik!
Havalar soyuq olsa da qəlblərimiz daim isti olsun!
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən il Azərbaycan polad boru istehsalını 95 % artırıb
-
Qərbi Azərbaycan Xronikası: Döyüş baltaları və əyri qılıncların gizli fəlsəfəsi olub
-
Madaqaskarda güclü tropik "Fitiya" siklonu tüğyan edir
-
KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
-
Balakəndə kişi mesaja görə bacanağını və arvadını bıçaqladı, amnistiyaya düşdü
-
ABŞ Prezidenti hesab edir ki, demokratlar daha bir şatdaun istəmirlər













