Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib
Nikahın pozulması halında ali məktəbdə təhsil alan uşağa aliment ödənişlərinin 18 deyil, 23 yaşa qədər uzadılması təklif edilib.
"Far.Az" xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Məlahhət İbrahimqızı Milli Məclisin bugünkü plenar iclasında çıxış edib.
Deputat bildirib ki, qanunvericiliyə əsasən, ailə başçısını itirən uşağa 18 yaşına qədər, əyani təhsil aldıqda isə 23 yaşınadək dövlət tərəfindən aylıq müavinət ödənilir:
"Lakin nikahın pozulması halında aliment yalnız 18 yaşa qədər ödənilir. Belə olan halda ali məktəbə qəbul olan gənclərin təhsil xərcləri ilə əlaqədar dəstəyə ehtiyacı olur. Ona görə də, alimentin verilməsi müddətinin artırılmas məqsədəuyğun olardı".
Milli Məclisin sədri Sahibə Qafarova isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə deputatın təhlifi haqda arayış hazırlayıb, təqdim etməyi tapşırıb.
YENİLƏNİR
Oxşar xəbərlər
Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb
Sahibə Qafarova Abraham Hamada ilə Azərbaycan-ABŞ münasibətlərini müzakirə edib
Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin SİYAHISI
Azərbaycanda bu şəxslər dövlətdən hər ay müavinət ala bilər - RƏSMİ
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













