ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu
ABŞ-nin şərq sahillərində güclü yağış və külək Şükran Günü tətilində elektrik enerjisinin verilişində və hava nəqliyyatında fasilələrə səbəb olub. 500 mindən çox abonent işıqsız qalıb.
BAKU.WS "Son Dakika"ya istinadən xəbər verir ki, Şimali Karolinadan Nyu-Yorka qədər uzanan sahilboyu ərazilərdə hündür dalğalar daşqınlara səbəb olub. Virciniya, Merilend, Delaver və Nyu-Cersi ştatlarında ağaclar aşıb, bir sıra yaşayış məntəqələrinə maddi ziyan dəyib.
BBC-nin "FlightAware" platformasının məlumatlarına əsasən yaydığı xəbərə görə, cümə axşamı ölkədə təxminən 400 uçuş ləğv edilib, 1 200 reys isə gecikib. Amerika Avtomobil Assosiasiyası yeddi günlük tətil ərzində 81,5 milyon nəfərin evindən ən azı 80 kilometr uzağa səfər edəcəyini proqnozlaşdırıb.
Bundan əvvəl Mayami Beynəlxalq Hava Limanında "FedEx" şirkətinə məxsus yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb. Xəsarət alan olmayıb. ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmaya başlayıb.
Nyu-Yorkda Şükran Günü münasibətilə hər il keçirilən ənənəvi parad da güclü yağış və külək proqnozuna görə ilk dəfə təxirə salınıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













