"ExpoSport Azerbaijan 2026" idman sərgisinin açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

"ExpoSport Azerbaijan 2026" idman sərgisinin açılış mərasimi keçirilib


Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq idman, fitnes, sağlamlıq və aktiv həyat tərzi sərgisinin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, tədbir Bakı İdman Sarayında baş tutub.

Federasiyaların təmsil etdikləri idman növlərinə uyğun ləvazimatlar, müxtəlif texnoliji yeniliklər nümayiş olunub. Gənclər və idman naziri Fərid Qayıbov sərgi ilə yaxından tanış olub.

İki gün davam edəcək "ExpoSport Azerbaijan 2026"da 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaş iştirak edir.

Sərgi idman sahəsində yeniliklərin nümayişi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, sağlam və aktiv həyat tərzinin təşviqi üçün geniş platforma yaradacaq.

Qeyd edək ki, "ExpoSport Azerbaijan 2026"da ziyarətçilər müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış olmaq, ustad dərslərində, interaktiv oyunlarda, idman nümayişlərində, hədiyyəli viktorinalarda və avtoqraf sessiyalarında iştirak etmək imkanı qazanacaqlar.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər