Ərdoğanın yunanıstanlı həmkarı ilə müzakirə etdiyi məsələlər bəlli olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Konstantinos Tasulas ilə görüşüb.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, görüş İstanbulda Prezident Administrasiyasının Dolmabağça ofisində baş tutub.
Görüşdə Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub.
Ərdoğan iki ölkə arasında münasibətlərin bütün sahələrdə ciddi potensiala malik olduğunu bildirib. O, müsbət gündəliyin inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.
Türkiyə Prezidenti ortaq irs hesab olunan azlıqlar məsələsinə ilk növbədə humanitar müstəvidə yanaşmağın vacibliyini qeyd edib.
O, Türkiyənin bu məsələdəki müsbət mövqeyinin Yunanıstanda da qarşılıq tapacağına ümidvar olduğunu və bunun ikitərəfli münasibətlərin müsbət istiqamətdə inkişafına töhfə verəcəyini bildirib.
Ərdoğan, həmçinin Türkiyənin Egey dənizinin sülh dənizinə çevrilməsində qərarlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Egey dənizi və Şərqi Aralıq dənizi sabitlik və rifah məkanına çevrilməlidir.
Oxşar xəbərlər
Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib













