Gənclər Fondunun "Səyyar Gənclər Xidməti" layihəsinin Laçında bağlanış tədbiri keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi son dayanacaqları – Zəngilan, Füzuli və Laçın rayonları ilə bu il üzrə fəaliyyətini yekunlaşdırıb.
"Far.Az"un Qarabağ bürosu xəbər verir ki, iyun ayından fəaliyyətə başlayan "Səyyar Gənclər Xidməti" layihəsi ölkənin 20 şəhər və rayonunda 8 mindən çox region gəncinə çataraq onların inkişaf imkanlarına çıxışının genişləndirilməsi, potensialının dəstəklənməsi və təşəbbüskar gənclik mühitinin formalaşdırılması istiqamətində fəaliyyət göstərib.
Bağlanış tədbirində çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev layihənin gənclərin inkişafı, onların ictimai fəallığının artırılması və dövlətçilik dəyərlərinin təşviqində əhəmiyyətini vurğulayıb. Eyni zamanda Səyyar Gənclər Xidmətinin işğaldan azad edilmiş ərazilərdə gənclərə xidmət göstərməsinin qürurverici hisslər yaşatdığını bölüşüblər.
Qeyd edək ki, 6 ay ərzində xidmət çərçivəsində gənclər üçün mindən çox fəaliyyət təşkil olunub. "Vətənpərvərlik", "Təhsil və karyera", "Rəqəmsal düşüncə", "Fiziki aktivlik və sağlamlıq", "Yaradıcı gənclik" və "Əyləncə" zonalarında gənclərin şəxsi və peşəkar inkişafı üçün maarifləndirici sessiyalar və təlimlər, onların yaradıcılıq və intellektual potensialının üzə çıxarılmasına yönələn vörkşoplar, master-klasslar, intellektual oyunlar, viktorinalar, komanda fəaliyyətləri və stolüstü oyunlar həyata keçirilib. Zəngin interaktiv proqram iştirakçıların asudə vaxtının səmərəli təşkilinə, yeni bilik və bacarıqlar qazanmasına şərait yaradıb. Layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və "Gənc Könüllülər" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər













