PSJ və "Real" Braziliya millisinin üzvü Rayanla maraqlanırlar
Far.Az xəbər saytı

PSJ və "Real" Braziliya millisinin üzvü Rayanla maraqlanırlar


Braziliya millisinin futbolçusu Rayan karyerasını Avropanın aparıcı klublarından birində davam etdirə bilər.

"Far.Az" xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın "Real", Fransanın PSJ və İngiltərənin "Liverpul" komandaları "Bornmut"da çıxış edən 20 yaşlı hücumçu ilə maraqlanırlar.

Hər üçü forvardın inkişafını yaxından izləyir və onu qarşıdakı transfer dönəmlərində potensial hədəf kimi nəzərdən keçirirlər. Sözügedən klubların skautları Rayanın oyununu bəyəniblər.

Xatırladaq ki, 2026-cı ilin yanvarında ölkəsinin "Vasko da Qama" komandasından "Bornmut"a keçən futbolçunun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər