Mourinyo hakim qərarlarından narazı qalıb
Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo İspaniya çempionatının XIV turunda "Alaves"ə qarşı keçirilən oyunda (1:2) baş hakim Sezar Soto Qradonun idarəçiliyini tənqid edib.
"Report" xəbər verir ki, portuqaliyalı mütəxəssisin açıqlamasını "Marca" nəşri yayıb.
Mourinyo görüşün sonlarında İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingemin meydandan qovulmasından narazılığını ifadə edib.
"Ehtiyat oyunçular skamyasından penalti qərarı mənə şübhəli göründü, lakin oyundan sonra Cud qayda pozuntusunun olduğunu dedi. Futbolçu penalti olduğunu söyləyirsə, mən ona inanmalıyam. Görək, bu hakim növbəti mövsüm kimi meydandan qovacaq. İki mövsüm əvvəl Mbappe, ötən mövsüm Vinisius, indi isə Bellingem olub. Görək, növbəti qurbanımız qapıçı Kurtua olacaqmı?", – deyə baş məşqçi bildirib.
Bununla belə, Mourinyo hakim qərarlarını komandasının məğlubiyyətinin səbəbi hesab etmədiyini vurğulayıb və "Alaves"in baş məşqçisi Kike Sançes Floresini qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, qarşılaşmanın 86-cı dəqiqəsində Soto Qrado Bellingemə qarşı qayda pozuntusu olduğu ehtimalı ilə "Alaves"in qapısına penalti təyin edib. Lakin videoyazıya baxdıqdan sonra hakim qərarını ləğv edib və simulyasiyaya görə yarımmüdafiəçiyə ikinci sarı vərəqə göstərərək onu meydandan qovub.
Görüşün nəticəsinə əsasən, "Real" 33 xalla La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Madrid klubu lider "Barselona"dan 3, ikinci pillədəki "Atletiko"dan isə 1 xal geri qalır. Bununla yanaşı, Kataloniya təmsilçisinin ehtiyatda bir oyunu var.
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Bakıda insanlara qurulan "ölüm tələsi" - Vətəndaşları kimlər narazı salır?
Joze Mourinyo norveçli futbolçunun İspaniya klubuna keçməsinə mane olub
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"AS": Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













