Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Serbiyada avtomobil yollarından istifadə haqqı (putarina) 2027-ci il yanvarın 1-dən etibarən təxminən 4 faiz artırılacaq.
"Report"un Balkan bürosu xəbər verir ki, Serbiya hökuməti dövlət avtomobil yollarından istifadəyə görə yeni tarifləri açıqlayıb.
Ödənişlərin məbləği nəqliyyat vasitələrinin kateqoriyasından asılı olaraq dəyişəcək.
Yeni tariflərə əsasən, minik avtomobillərinin aid olduğu I kateqoriya üzrə hər kilometr üçün ödəniş 5,6065 Serbiya dinarı (təxminən 0,048 avro) təşkil edəcək. Motosikletlərin daxil olduğu IA kateqoriyası üzrə isə bu məbləğ 2,8031 dinar (təxminən 0,024 avro) olacaq.
Hesablamalara görə, I kateqoriyalı avtomobillər üçün 100 kilometrlik məsafə üzrə yol haqqı 560,65 dinar (təxminən 4,77 avro), 200 kilometr üçün isə 1 121,30 dinar (təxminən 9,53 avro) təşkil edəcək.
Qeyd edək ki, yeni tariflər hazırda qüvvədə olan qiymətlərlə müqayisədə təxminən 4 faiz yüksəkdir.
Oxşar xəbərlər
Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub













