“MPAY” ödənişləri “SİMA İmza” ilə limitsiz və rahatdır!
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza “MPAY” elektron pulqabısına inteqrasiya edilib.
Artıq müştərilər “MPAY” mobil tətbiqindəki 300 manatdan çox ödəniş və pul köçürmələri zamanı tələb olunan kimliyin təsdiqlənməsi prosesini “SİMA İmza” vasitəsilə rahatlıqla həyata keçirə bilər. Qeyd edilən məbləğdə ilk dəfə ödəniş edən müştəri avtomatik olaraq “Eyniləşdirmə” bölməsinə yönləndirilir. Burada o, “SİMA İmza”nın üztanıma testindən keçməli və ödənişi (köçürməni) həyata keçirən şəxsin həqiqətən özü olduğunu təsdiq etməlidir. Üztanıma tələbi yalnız bir dəfə tətbiq olunur və sonrakı ödənişlərdə müştəri özü təyin etdiyi PIN kodu daxil etməklə böyükhəcmli pul köçürmələrini reallaşdıra bilir.
SİMA rəqəmsal imza ilə vətəndaşın xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Filiala gəlmədən Yelo Mobil POS xidmətinə qoşulun
Filiala gəlmədən "Yelo Mobil POS" xidmətinə qoşulun!
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Toyota Prius: Hibrid Avtomobillərin atası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb













