Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
Far.Az xəbər saytı

Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib


Qrenlandiya parlamenti daha əvvəl Danimarkanın iştirakı ilə ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə əldə edilmiş təhlükəsizlik sazişini ratifikasiya edib.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, ratifikasiyanın lehinə 16 deputat səs verib, əleyhinə səs verən olmayıb, 7 nəfər bitərəf qalıb.

Sənəd adada ABŞ-nin hərbi iştirakının genişləndirilməsini, o cümlədən iki yeni hərbi bazanın yaradılması və "Qızıl günbəz" raket hücumundan müdafiə sisteminin yerləşdirilməsi imkanını nəzərdə tutur. Eyni zamanda, saziş Danimarkanın suverenliyini və Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyir.

Agentlik qeyd edib ki, müxalifətdəki "Nalerak" Partiyası sazişi tənqid edərək, onun Qrenlandiya üçün, xüsusən müstəqillik əldə etmək perspektivində kifayət qədər iqtisadi fayda nəzərdə tutmadığını bildirib.

İndi sazişə Danimarka parlamenti baxmalıdır. Birinci oxunuş noyabrın 11-nə, yekun səsvermə isə noyabrın 19-na planlaşdırılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Sinqh: Hindistan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır - YENİLƏNİB-4
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər